Çexiyada son 3 gündə vaksin olunmaq istəyənlərin sayında kəskin artım müşahidə edilib.
SİA-nın xəbərinə görə bu gündən etibarən vaksin olunmayanlara qarşı ciddi məhdudiyyət tətbiq edilməsi peyvəndə marağı artırıb.
Həftə sonları klinikaların qarşısında uzun növbələr yaranıb. Bəzi yerlərdə insanlar 4 saatadək növbədə gözləməli olublar. Çexiya televiziyasının məlumatına görə ölkədə peyvənd olunmayan şəxslər faktiki olaraq qapanmaya məruz qalıblar. Onların idman zalları, teatr, sərgi və muzeylərə girişi qadağandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB