Şərqi Qüdsdə silahlı şəxsin hücumu nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
SİA xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat nəticəsində, silahlı şəxs məhv edilib.
Hadisə Şərqi Qüdsün Qədim şəhərində Əl-Əqsa məscidi kompleksinin qarşısında baş verib.
Yaralılardan ikisi mülki şəxs, ikisi isə polis əməkdaşlarıdır. Yaralı mülkilərdən birinin vəziyyəti kritik, digərinin ki isə orta ağır kimi qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB