Etirazlar artlq üçüncü gecədir davam edir

Etirazlar artlq üçüncü gecədir davam edir

Hollandiya polisi bazar günü axşamdan başlayaraq xuliqanlara və aqressiv etirazçılara qarşı əməliyyatlara start verib.

SİA xəbər verir ki, iğtişaşlar hökumətin COVID-19-un yayılması ilə mübarizə çərçivəsində sərt tədbirlərinə etirazlar zamanı başlayıb.

Bu dəfə polislə toqquşmalar Qroningen, Ensxede, Tilburq və Leuvardendə qeydə alınıb. Bir neçə nəfərin saxlanıldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə