Çin Əfqanıstana qatar vasitəsilə min tondan çox zəruri predmetlər və digər vasitələrdən ibarət humanitar yardım göndərib.
SİA Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, Xorqos şəhərindən yola çıxan qatar təxminən 12 gün sonra Əfqanıstana çatacaq. Qış fəsli yaxınlaşdığından yardıma ehtiyacı olan əfqanlar isti paltar, ayaqqabı, qalın örtüklər, həmçinin zəruri ərzaq məhsulları əldə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB