Nikolu öldürməyə çağıranın aqibəti....

Ötən gün Paşinyanı öldürməyə çağıran müəllimə cinayət işi açılıb
Nikolu öldürməyə çağıranın aqibəti....

Ermənistanda məktəb müəllimi Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunub.

Bu barədə datalex-am məhkəmə informasiya sisteminə istinadən yazır.

İşin materiallarına görə, təqsirləndirilən şəxs İrəvan məktəbinin tarix müəllimi Akop Qriqoryandır:

“2021-ci il mayın 21-də 7-ci sinif şagirdləri üçün tarix dərsi keçərkən, xidməti vəzifəsindən istifadə edərək, şagirdlərin iştirakı ilə o (Qriqoryan) Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı ictimai çağırışlar səsləndirərək deyib ki, Nikol Paşinyanı öldürmək, ailəsini isə yandırmaq lazımdır”.

Tarix müəlliminə qarşı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə