Daşqınlar nəticəsində 30-a yaxın insan ölüb

Daşqınlar nəticəsində 30-a yaxın insan ölüb

Hindistanın cənub-qərbindəki Andhra Pradeş ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 100-dən çox adam itkin düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 1 316 kənd su altında qalıb. Yağıntı ehtimalının yüksək olması səbəbindən əyalət hökuməti gözləmə rejiminə keçib.

Hökumət həlak olanların yaxınlarına 500 min rupi (6,7 min ABŞ dolları) ödənəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə