"Xaos və xarici müdaxilədən əziyyət çəkirik"

"Xaos və xarici müdaxilədən əziyyət çəkirik"
Liviya parçalanma və qütbləşmə vəziyyətində yaşayır, xaos və xarici müdaxilələrdən əziyyət çəkir.

Bunu ölkənin xarici işlər naziri Nəclə Manquş Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi “Manama Dialoqu” konfransında çıxışında deyib.

“Ölkəmizin işlərinə çoxtərəfli müdaxilədən əziyyət çəkirik ki, bu da qeyri-sabitliyə səbəb olur. Mövcud şərait həm onun daxilində, həm də regionda təhlükəsizliyə xələl gətirir. Bütün Liviyalıları təmsil etməyən liderləri seçsək, bu, parçalanmanı daha da dərinləşdirəcək”, – Manquş bildirib.

Qeyd edək ki, Liviyada bir neçə ildir ki, paralel olaraq iki icraedici orqan mövcud olub: Tripolidə Faiz Sərrac Milli Razılıq Hökuməti və şərqdə parlament və Xəlifə Haftarın Liviya Milli Ordusu tərəfindən dəstəklədiyi müvəqqəti kabinet. 2019-cu ilin aprelində tərəflər arasında qarşıdurma Türkiyənin müdaxiləsindən sonra aradan qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com