Ərdoğan Kılıçdaroğlunu bağışlayıb

Ərdoğan Kılıçdaroğlunu bağışlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğluna qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb. Qeyd edək ki,bu barədə türk mediası məlumat yayıb. Məlumata görə, dövlət başçısı 17 məhkəmə iddiasını geri götürərək 4 milyon 460 min lirəlik təzminat məbləğindən imtina edib.

Xatırladaq ki, məhkəmələrdə Kılıçdaroğlunun 2011-2016-cı illər arasında mitinq və CHP-nin iclaslarında Ərdoğana qarşı səsləndirdiyi təhqiramiz ifadələrə baxılırdı.

Ərdoğan CHP liderinin “halallaşma” çağırışına toxunaraq, ona qarşı qaldırdığı iddiaları geri götürdüyünü, amma Kılıçdaroğlunun bunun qədir-qiymətini bilmədiyini deyib.

Türkiyə prezidenti məhkəmədə qalib gəldiyini və təqdim etdiyi imtina ərizəsində ona edilən hər cür hörmətsizliyi birdəfəlik bağışladığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə