Atlanta hava limanında odlu silahdan təsadüfən açılan atəş insanlar arasında çaxnaşmaya səbəb olub.
SİA yerli FOX 5 televiziya kanalına istinadən xəbər verir ki, hava limanı isə iddianı təkzib edib.
Lakin social şəbəkələrdə yayılan videoda hadisənin həqiqətən də baş verdiyi görünür.
Hadisə zamanı insanlar qaçmağa və qışqırmağa başlayıb.
Şəhər polisi “Twitter” hesabında hava limanının əsas nəzarət-buraxılış məntəqəsinin yaxınlığında silahdan təsadüfən atəş açıldığını bildirib: “Aktiv atıcı yoxdur. Sadəcə, təsadüfən silahdan atəş açılıb. Sərnişinlər və işçilər üçün heç bir təhlükə yoxdur. İstintaq davam edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB