Koronavirusa qarşı unikal immunitet

Koronavirusa qarşı unikal immunitet
"Qırmızı zona"da koronaviruslu xəstələrə qulluq edən tibb işçilərində immunitetin "unikal" növünü aşkarlayıblar.

SİA Sputnikə istinadən bildirir ki, bunu London Universitet Kollecinin və London İmperiya Kollecinin mütəxəssisləri araşdırma apararaq müəyyən ediblər.

Alimlər daim COVID-19 xəstələri ilə təmasda olan 750 tibb işçisini müşahidə ediblər. Araşdırma müddətində təxminən 60 adamın koronavirus infeksiyasının müəyyənləşdirilməsi üçün verdiyi testlər heç vaxt müsbət çıxmayıb.

Xüsusi immunitet aşkarlanan bütün adamlarda immunitetsiz həkimlərdə rast gəlinməyən bir ümumi göstərici olub.

Burada söhbət immun sisteminin yaddaş hüceyrələri kimi fəaliyyət göstərən T hüceyrələrinin yüksək konsentrasiyasından gedir. Məhz T hüceyrələr insan orqanizminə düşən konkret infeksiyaları tanımaq xüsusiyyətinə malikdir.

Mütəxəssislərin fikrincə, bu cür T-limfositlər SARS-CoV-2-ni dayandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com