Makronu təhqir edən iki nəfər saxlanılıb MİTİNQ ZAMANI

Makronu təhqir edən iki nəfər saxlanılıb MİTİNQ ZAMANI

Paris polisi “Sarı jiletlilər”in mitinqində iştirak edən iki nəfəri Fransa prezidenti Emmanuel Makron, Didye Lallemand və ABŞ prezidenti Co Baydenin təsvirləri olan mikroavtobusda təhqiramiz şəkil və yazılara görə saxlayıb, həbs edib. SİA xəbər verir ki, bu barədə “Frans Press” Agentliyi polis prefekturasına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, sadalananların hər üçü, Emmanuel Makron, Didye Lallemand və ABŞ prezidenti Co Bayden furqonun yan tərəfində qoyun sürüsü fonunda təsvir olunub. Yuxarıda isə Makron tərəfindən qurulan siyasi partiyanın “İrəli respublika” şuarına uyğun şəkildə "İrəli, sodomiya!" yazısı yazılıb.

“Şənbə günü sarı jiletlilərin Paris mitinqinə qatılan iki nəfər, mikroavtobusa Emmanuel Makron və ABŞ prezidenti Co Baydenin təhqiramiz şəkillərini təsvir etmələrinə görə saxlanılıblar”, deyə agentliyin məlumatında bildirilir.

Polis prefekturasının məlumatına görə, mikroavtobusun sahibi olan qadın və sürücü saxlanılıb. Qeyd olunur ki, polis şikayət ərizəsi yazmağa qərar verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə