Konqonun eks-prezidenti və yaxınları ittiham olunur DÖVLƏT VƏSAİTLƏRİNİ MƏNİMSƏMƏKDƏ
Konqonun keçmiş prezidenti Jozef Kabila, onun ailə üzvləri və etibarlı adamları özəl bank vasitəsilə 138 milyon dollar dövlət vəsaitini çıxarıb, oğurlayıblar. SİA xəbər verir ki, bu barədə “Bloomberg” jurnalistlərin araşdırmasının materiallarına istinadən yazır.
Agentliyin məlumatına görə, “Konqo soyğunçuluğu” adlı araşdırma Avropa İstintaq Əməkdaşlıq Təşkilatının beynəlxalq şəbəkəsi və bir sıra QHT-lər, o cümlədən Afrikada İfşaçıların Müdafiəsi Platforması tərəfindən aparılıb və nəticələr paylaşılıb.
Bloomberg-in sərəncamına verilən araşdırmanın nəticələrinə görə, bank hesablarından 80 milyon dollardan çox vəsait çıxarılıb, bir nəfər isə 50 milyon dollardan çox pul çıxarıb.
Jurnalistlərin araşdırmasına görə, hökumət vəsaitləri bank vasitəsilə köçürüldükdə birbaşa Kabila ailəsinə və onun ən yaxın tərəfdarlarına məxsus şirkətlərə yönləndirilib. Belə ki, Konqo mərkəzi bankı şirkətlərin hesablarına 94,5 milyon dollar göndərib. Bundan əlavə, bankdan Konqodakı mis və kobalt mədənlərinin çinli sahibləri keçmiş prezidentin ailəsi ilə birbaşa əlaqəsi olan şəxslərə milyonlarla dollar köçürmək üçün istifadə ediblər.
Bloomberg-in məlumatına görə, 2018-ci ildə bankın fəaliyyətinin auditi zamanı 30-dan çox müştərinin bankın yüksək menecmenti və eks-prezidentin ailəsi ilə əlaqədə olduğu, bəzi maliyyə əməliyyatlarında saxtakarlıq olduğu aşkarlanıb. Bunun fonunda Selemani tutduğu vəzifədən uzaqlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB