Qərb ermənilər üçün savaşmayacaq - Erməni Politoloq

Qərb ermənilər üçün savaşmayacaq - Erməni Politoloq

Qərbə bu qədər böyük ümid bəsləməyə dəyərmi? O, real kömək edəcək, yoxsa biz növbəti ilğımın dalınca gedirik? Deyəsən, ikincidir...

SİA xəbər verir ki, bu sözləri erməni politoloq Ambarsum Kabanyan deyib.

Kabanyan bildirib ki, Avropa qeyri-legitim prezident saydığı Aleksandr Lukaşenkonun qarşısından geri çəkilir və özü onu legitimləşdirir. Bu isə Avropa haqqında müəyyən qənaət çıxarmağı labüdləşdirir.

“Qərb Ermənistan və ermənilər üçün vuruşmayacaq. Bu artıq faktdır. Buna görə Rusiyanı Ermənistana xəyanətdə suçlayanda düşünmək lazımdır ki, Avropa da belə edərdi. Başqasına güvənmək cinayətdir”, - erməni ekspert vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə