Hollandiyanın Rotterdam şəhərində koronavirusla mübarizə üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə qarşı etiraz aksiyasının dağıdılması zamanı polis əməkdaşları da daxil olmaqla 7 nəfər yaralanıb, iyirmi nəfər saxlanılıb. SİA xəbər verir ki, bu barədə “NL Times” məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl bildirilmişdi ki, Rotterdamda etirazçıların dağıdılması zamanı polisin xəbərdarlıq atəşi açması nəticəsində bir neçə nəfər yaralanıb.
"Cümə gecəsi Rotterdamda keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları, bir jurnalist və iğtişaşçılar da daxil olmaqla azı 7 nəfər yaralanıb. Polis azı 20 nəfəri saxlayıb", deyə nəşr qeyd edir.
Qəzetin yazdığı kimi, Rotterdam şəhərinin meri Əhməd Abutaleb şəhərin küçələrində keçirilən etirazları “tükənmiş zorakılıq” adlandırıb.
Xatırladaq ki, keçən həftə Hollandiyanın Baş Naziri vəzifəsini icra edən Mark Rutte ölkə hakimiyyətinin koronavirusun yayılması ilə mübarizə üçün bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəldiyini, onların dekabrın 4-dək qüvvədə olacağını söyləyib. Əsas malların satıldığı mağaza və supermarketlər, apteklər, o cümlədən restoran, kafe və barlar saat 20.00-da bağlanmalıdır. Qalan mağazalar, eləcə də bərbər və gözəllik salonları artıq saat 18.00-a qədər açıq olacaq. İdman tədbirləri tamaşaçısız keçiriləcək. Eyni zamanda, məhdudiyyətlər konsert salonlarına, kinoteatrlara və teatrlara şamil edilməyəcək. Bundan əlavə, 1,5 metrlik sosial məsafə qaydası, həmçinin mümkün olduqda evdən işləmək tövsiyəsi yenidən qüvvəyə minib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB