Fransanın Qvadelupa xarici departamentinin səlahiyyətliləri şəhərlərdə baş verən zorakılıq hallarına cavab olaraq komendant saatı tətbiq ediblər. SİA xəbər verir ki, bu barədə Qvadelupa prefekturası məlumat yayıb.
“France Bleu” radiostansiyasının məlumatına görə, komendant saatı sanitar tədbirlərə qarşı beş günlük etiraz aksiyalarından sonra tətbiq edilib. Prefekturadan verilən məlumata görə, iğtişaşlar xüsusilə yanğınlar, yolların bağlanması, oğurluqlarla müşayiət olunur.
“Son bir neçə gün ərzində şəhərlərdə zorakılıqların baş verməsi ilə əlaqədar Qvadelupa prefekti Aleksandr Roçatt onun üçün nəzərdə tutulmuş inzibati polisin səlahiyyətlərini tətbiq etmək, bu gündən etibarən komendant saatı elan etmək qərarına gəlib", deyə prefekturanın Twitter hesabında dərc edilmiş bir şərhdə bildirilir.
Qeyd olunur ki, noyabrın 23-dək saat 18:00-dan səhər saat 5-dək idarənin sakinlərinin yaşayış yerlərindən kənarda hərhansı hərəkəti qadağandır.
Xatırladaq ki, avqustun 9-dan Fransada kafelərə, restoranlara baş çəkmək, eləcə də uzun məsafəli qatarlarda gedişlər və səfərlər üçün sanitar pasportlar məcburidir. Sənəd COVID-19-a qarşı peyvəndin tam siklinin keçməsini, koronavirus infeksiyası üçün mənfi testin olmasını və ya əvvəlki xəstəliyin təsdiqini nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB