“Subway” qurucusu Piter Bak 90 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, onun vəfat etdiyi zaman sahibkarın sərvəti 1,7 milyard dollar qiymətləndirilirdi. Bildirilir ki, milyarder noyabrın 18-də dünyasını dəyişib. Onun ölümünün səbəbləri hələ açıqlanmayıb.
Həmçinin diqqətə çatdırılır ki, Piter Bak, dostu Fred DeLukanın azyaşlı oğluna 1000 dollar borc verməklə McDonald's rəqibini yaratmağa kömək edib. Nəticədə, şəbəkə bir neçə onillikdə 40 min nöqtəyə çatıb.
Xatırladaq ki, bir qədər əvvəl rusiyalı milyarder Valentin Qaponsevin də ABŞ-da dünyasını dəyişdiyi bildirilib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB