Sinqapur, 22 noyabr bazar ertəsi günündən etibarən tam peyvənd olunmuş beş nəfərə toplaşmağa, gün ərzində 5 nəfərə qədər peyvənd edilmiş insanı qəbul etməyə və müxtəlif yaşayış evlərində yaşayan beş tam peyvənd olunmuş şəxslə qida xidməti müəssisələrində birlikdə yemək yeməyə imkan verən koronavirusla mübarizə tədbirlərini yumşaltmağa davam edir. SİA xəəbər verir ki, bu barədə şənbə günü “Straits Times” qəzetinin onlayn versiyası məlumat yayıb.
Qəzet xatırladır ki, hazırda müxtəlif yaşayış evlərində yaşayan yalnız iki tam peyvənd olunmuş şəxsə ictimai iaşədə birlikdə yeməyə icazə verilir.
Mesajda deyilir ki, iaşə müəssisələri ilə bağlı yeni qaydalar yalnız müəssisənin ziyarətçilərin immunizasiya statusunu yoxlamaq imkanına malik olduğu halda fəaliyyət göstərəcək. Qəzet yazır ki, belə bir yoxlama texniki imkanlarına malik olmayan müəssisələr üçün fərqli yaşayış yerlərindən yalnız iki nəfərin bir yerdə yemək yeyə biləcəyi qayda davam edəcək.
"Sinqapurdakı mövcud vəziyyət, COVID-19-un yayılması ilə bağlı ümumi vəziyyətin sabit qaldığını və yeni infeksiyaların həftəlik artımının 1% və ya daha az səviyyədə qaldığını nəzərə alaraq, məhdudiyyətlərin yumşaldılması üçün əlverişlidir", deyə Sinqapurun Ticarət Naziri Qan Kim bu barədə şənbə günü jurnalistlərə bildirib.
Hökumətin COVID-19 üzrə işçi qrupuna rəhbərlik edən nazir həmçinin xatırladıb ki, xəstəliyə yoluxanların sayı da stabil olaraq qalır. Bununla belə, Qan Kim Yonq Sinqapurun peyvənd olunmamış sakinlərinə yoluxma riski ilə üzləşməmək üçün evlərini tərk etməməyi və peyvənd olunmamış şəxslərin evini ziyarət etməyə gedənlərin əvvəlcə COVID-19 testindən keçmələrini tövsiyə edib.
Qəzetin koronavirus infeksiyası üzrə hökumət işçi qrupuna istinadən verdiyi məlumata görə, epidemioloji vəziyyətin işçi qrupunun növbəti qiymətləndirilməsindən sonra nəzarət tədbirlərinin yumşaldılmasının növbəti mərhələsi dekabrın sonunda başlaya bilər.
Xatırladaq ki, Sinqapurda pandemiya dövründə 248 587 nəfər koronavirus infeksiyasına yoluxub, 227 556 nəfər sağalıb, 641 nəfər dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB