İşdən çıxarılan kəşfiyyatçıların bərpası tələb edilib POROŞENKO TƏRƏFİNDƏN

İşdən çıxarılan kəşfiyyatçıların bərpası tələb edilib POROŞENKO TƏRƏFİNDƏN

Ukraynanın keçmiş prezidenti və Avropa Həmrəyliyi Partiyasının lideri Pyotr Poroşenko Minskdə 33 rusiyalının saxlanılması üzrə xüsusi əməliyyatın pozulması ilə bağlı dərhal obyektiv araşdırma aparılmasını, dövlətə xəyanətdə günahkarların cəzalandırılmasını və işdən çıxarılan kəşfiyyatçıların bərpasını tələb edir. SİA xəbər verir ki, bu barədə siyasi qüvvənin saytı məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Vasili Burba Ukrayna hökumətində Rusiya Federasiyasının maraqlarına uyğun işləyən “köstəbək” fəaliyyət göstərdiyini bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə 33 rusiyalının saxlanılması əməliyyatı zamanı uğursuzluğun səbəblərindən biri də bu olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə