Sərhəddəki vəziyyət barədə NAZİR MƏLUMAT VERİB

Sərhəddəki vəziyyət barədə NAZİR MƏLUMAT VERİB

Belarus-Polşa sərhədinə hücum cəhdləri ötən gecə də davam edib. SİA xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak “RMF FM” radiostansiyasının efirində məlumat verib.

Onun sözlərinə görə, ötən gecə “keçən gün və gecələrdə baş verənlərdən heç də fərqlənməyib”.

"Polşa sərhədində hücumlar olub. İndi miqrantlar bir qədər fərqli üsullardan istifadə edirlər. Daha kiçik qruplar bir çox yerlərdə sərhədi zorla keçirməyə çalışırlar", deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Eyni zamanda o, iddia edir ki, miqrantların hərəkətlərini Belarus təhlükəsizlik qüvvələri idarə edir.

"Şübhə yoxdur ki, miqrantlar Belarus xidmətləri tərəfindən idarə olunur", deyə nazir əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə