Rusiya ilə sərhəd xətti boyunca 130 kilometr uzunluğunda tikanlı məftillər çəkiləcək. SİA xəbər verir ki, bu barədə bu yaxınlarda Estoniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu bir qədər qəribə səslənir, çünki son illər respublikanın şərq sərhədlərinin möhkəmləndirilməsinə on milyonlarla avro artıq xərclənib.
Qeyd olunur ki, xarici sərhədlərin təhlükəsizliyinə cavabdeh olan hökumət strukturları hələ 2015-ci ildə Rusiya ilə quru sərhədinin bütün perimetri boyunca 2,5 metr hündürlüyündə hasar çəkəcəklərini açıqlamışdı. Həmçinin, sərhədi qorumaq üçün videokameralar və pilotsuz uçuş aparatlarından istifadə olunacağı nəzərə çatdırılır. Sərhəd zolağına əlavə olaraq eni iki metr olan patrul zolağı və eni səkkiz metrə qədər olan nəzarət və cığır zolağı təchiz edilməlidir. Heyvan baryerləri, maneələr, sərhəd postları, xəbərdarlıq nişanları və işıqlandırma artıq mövcud ola bilər.
Xatırladaq ki, çayları və dərələri, həmçinin bataqlıq ərazilərdən keçmək üçün sərhəd keşikçiləri üçün körpülər və piyada keçidləri tikiləcəkdi. Sərhəd hissələrinin xüsusiyyətlərindən asılı olaraq, zəruri hallarda, digər əlavə təhlükəsizlik elementləri quraşdırılmalı idi. Estoniya Rusiya ilə sərhədin əsas tikintisini dövlətin müstəqilliyinin 100-cü ildönümündə, yəni 2018-ci ilə qədər başa çatdırmaq niyyətində olub. İlkin olaraq bütün işlərin dəyəri 71 milyon avro qiymətləndirilirdi. İllər keçdi və bu rəqəm artdı, böyüdü və 320 milyon avroya çatdı. Ayrılan vəsaitlər necə istifadə olunub, nələr tikilib, nələr tikilməyib bildirilmir. Lakin yeni layihəyə əsasən, hər şey yenidən tikilməli və cəmi 130 kilometr uzunluğunda tikanlı məftil “ölkənin təhlükəsizliyini xilas etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB