Hollandiyada koronavirus üsyanı!

Avropada bütün dünyanı təsiri altına alan koronavirus epidemiyasına yoluxma hallarının artmasının ardından yenidən başlayan komendant saatı Hollandiyanın Rotterdam şəhərində iğtişaşlara səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məluata görə, Avropa artan koronavirus hadisələrinin qarşısını almaq üçün kəskin tədbirlər görsə də, ictimaiyyət də eyni şəkildə reaksiya verməyə davam edir.

Dünən Avstriya ölkə daxilində 20 günlük komendant saatı elan edib, Hollandiya isə peyvənd olunmayanlar üçün ictimai nəqliyyatı qadağan edib. Hökumətin peyvənd olunmamış insanlara məhdudiyyətlər tətbiq etmək planlarına qarşı keçirilən nümayiş zamanı vəziyyət nəzarətdən çıxıb. Liman şəhərinin mərkəzinə toplaşan üsyançı kütlə maşınları yandıraraq, daş və dəyənəklə müdaxilə etmək istəyən polisə hücum edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə