Co Bayden hinduşkaları əfv etdi

ABŞ prezidenti Co Bayden Şükran Günü öncəsi ənənəvi mərasimdə "Qoz yağı" və "Marmelad" adlı iki hinduşkanı əfv edib.

SİA xarici mətbuata istinadən bildirir ki, Ağ evdə hər il ənənəvi olaraq keçirilən mərasimdə Bayden İndiana ştatından gətirilən təxmini 21 kiloluq hinduşkaları bağışlayıb. Mərasimdə verdiyi açıqlamada hinduşkaların Vaşinqtona gələndən öncə izdihama öyrəşdirildiyini bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə