Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Tbilisidə saxlanıldığı Qldani həbsxanasının klinikasından Müdafiə Nazirliyinin Qori şəhərindəki Giorgi Abramişvili adına hərbi hospitalına köçürülüb.
SİA yerli mətbuata istinadla xəbər verir ki, onun yerləşdirildiyi palatanın pəncərələrində metal barmaqlıqlar quraşdırılıb, hospital yaxınlığında polis nəzarəti gücləndirilib.
Siyasətçi 50 gündür keçirdiyi aclıq aksiyasını dayandıracağını bildirib.
Gürcüstan ombudsmanı nəzdində yaradılmış həkim qrupunun rəyinə əsasən, uzunmüddətli aclıq nəticəsində M.Saakaşvilidə beyin zədələnməsi ilə xarakterizə olunan nevroloji pozuntu - Vernike ensefalopatiya yaranıb. Həkimlər bu gün onun təcili surətdə çoxprofilli hospitala yerləşdirilməsinə çağırıblar.
Məlumat üçün bildirək ki, Qori hərbi hospitalı 2006-cı ildə M.Saakaşvilinin prezidentliyi dövründə yaradılıb. Çoxprofilli tibbi müəssisənin əsas pasiyentləri hərbçilər, keçmiş hərbi qulluqçular və onların ailə üzvləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB