Bolqarıstan Prezidenti Rumen Radev Rusiya Krımına səfər etməlidir, hansıki, burada onu səmimi və sevinclə qarşılayacaqlar. SİA xəbər verir ki, bu sözləri Krım Bolqar milli-mədəni muxtariyyətinin rəhbəri İvan Abajer söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Bolqarıstanın Kiyevdəki səfirini çağırıb və prezident Rumen Radevdən onun Rusiyanın Krımı ilə bağlı dediklərini təkzib etməsini gözləyir. Ukraynanın “Qordon” qəzetinin məlumatına görə, cümə axşamı seçkiqabağı teledebatlar zamanı Radev deyib ki, “hazırda Krım Rusiyanındır”.
"Slavyan yazısı və pravoslavlıq Balkanlardan gəlib. Ona görə də Krımın Rusiyanın hüquqi və ayrılmaz hissəsi kimi tanınması Balkanlardan gəlməlidir. Əgər Bolqarıstan prezidenti Rusiya Krımına səfər etmək qərarına gəlsə, onun üçün də mehriban və səmimi qarşılama olacağına əminəm”, deyə Abajer bildirib.
Onun sözlərinə görə, güclü və etibarlı Rusiya-Bolqarıstan münasibətlərinin yaradılmasına zəmin yaradan səfərdən bolqar ictimaiyyəti və ümumilikdə bütün krımlılar sevinəcək.
Xatırladaq ki, Krım 2014-cü ilin martında Ukraynadakı çevrilişin ardınca keçirilən referendumdan sonra Rusiyanın bölgəsinə çevrilib. Moskva dəfələrlə bəyan edib ki, yarımadanın sakinləri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam uyğun olaraq, demokratik yolla Rusiyaya qayıtmaq qərarına gəliblər. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəfələrlə bəyan etdiyi kimi, Krım məsələsi nəhayət ki, bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB