Rusiya ABŞ-ın Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməsi üçün Ukraynaya təzyiq göstərəcəyini gözləyir. SİA xəbər verir ki, bu barədə Vaşinqtondakı səfirliyin bəyanatında deyilir.
Qeyd edək ki, bir qədər əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki Rusiya prezidenti Vladimir Putinin Donbassdakı münaqişənin Minsk razılaşmaları əsasında sülh yolu ilə həll edilməli olduğu barədə son bəyanatını alqışlayıb.
"Biz Ağ Evin mətbuat katibi Cen Psakinin Minsk razılaşmalarına uyğun olaraq Donbassdakı münaqişənin həlli üçün səylərin artırılmasına dəstək barədə sözlərini qeyd edirik", deyə Rusiya səfirliyinin Facebook səhifəsindəki bəyanatında deyilir.
Diplomatik missiya vurğulayıb ki, Kiyev “nəhayət, Minsk razılaşmalarını sabotaj etməyi dayandırmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB