Ukraynanın təhlükəsizlik qüvvələri özünü elan etmiş Luqansk Xalq Respublikası ərazisini surka ərzində bir dəfə atəşə tutub. SİA xıbır verir ki, bu barədə Atəşkəs Rejiminə Nəzarət və Koordinasiya Birgə Mərkəzinin ofisi məlumat yayıb.
“Son sutka ərzində Ukrayna silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin bir pozulması faktı qeydə alınıb”, deyə ofisdən bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl bildirilmişdi ki, Ukrayna təhlükəsizlik qüvvələri cümə günü Donbasın nəzarətində olan Dolqoe kəndini minaatanlardan atəşə tutub, nəticədə bir qadın yaralanıb. Rusiya Federasiyasının İstintaq Komitəsi bir sakininin yaralanmasından sonra cinayət işi açıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB