Hindistanda leysan yağışlar can almaqdadır

Hindistanda leysan yağışlar can almaqdadır

Hindistanın cənub-şərqində musson leysanlarının vurduğu Andxra-Pradeş ştatında azı 17 nəfər ölüb.

Bu barədə “The Times of India” xəbər verib.

Məlumata görə, təbii hadisə zamanı 100-ə yaxın adam itkin düşüb.

Cümə axşamı axşam saatlarında başlayan leysan daşqınlara səbəb olub, yolları sıradan çıxarıb, bir sıra kəndləri su basıb. Zərər çəkmiş ərazilərdə xilasetmə əməliyyatına başlanılıb, əməliyyatlarda ölkənin Hərbi Hava Qüvvələrinin helikopterlərinin ekipajları və təbii fəlakətlərlə mübarizə qüvvələrinin bölmələri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə