Amazon tropik meşələri qırılır

Nadir ağacların qırılması son 15 ilin pik nöqtəsinə çatıb

Amazon tropik meşələrində ağacların qırılması son 1 ildə 22 faiz artaraq son 15 ilin pik həddinə çatıb.

SİA Trend -ə istinadən xəbər verir ki, Braziliya Milli Kosmik Tədqiqatlar İnstitutunun (INPE) hesabatına görə, 2020-ci ilin avqustundan 2021-ci ilin iyuluna qədər dünyanın ən böyük 5,100 kvadrat mil (13,2 min kvadrat kilometr) ağac örtüyü məhv edilib. Bundan əlavə, 2019-cu ildən ölkə Belçikanın ərazisindən daha çox meşə sahəsini itirib.

Qlazqoda keçirilən BMT-nin COP26 İqlim Konfransında Braziliya nümayəndə heyəti meşələrin qırılmasına son qoymağı vəd edərək, 100-dən çox ölkəyə qoşuldu. Ölkə gələn ilə qədər Amazoniyada meşələrin qırılmasını 15 faiz azaldacağını bildirib. Lakin ekspertlər indi Braziliyanın belə göstəricilərə nail ola biləcəyinə şübhə ilə yanaşırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə