Rusiyada maksimum ölüm qeydə alındı...

... koronavirusdan
Rusiyada maksimum ölüm qeydə alındı...

Rusiyada son bir gündə koronavirus səbəbindən 1 254 nəfər ölüb.

Bu, pandemiya başlayandan maksimum göstəricidir. Bununla da ölüm sayı 261 589 nəfərə çatıb.

Bundan əvvəlki antirekord bir gün öncə, 1 251 nəfərlə qeydə alınıb.

Şərti ölüm nisbəti (son ölüm yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər) 2,83 %-ə yüksəlib.

Rusiyada koronavirusa son sutkada 37 156 nəfərin də yoluxması ilə ümumi yoluxma sayı 9 257 068 nəfər təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB