ABŞ Prezidenti Cozef Baydenin yerişi pisləşib, öskürəyi artıb.
Bu barədə onun həkimi Kevin O Konnor bildirib.
Qeyd edək ki, Ağ Ev O Konnorun Baydenin “78 yaşlı aktiv bir kişi” olaraq qaldığını göstərən açıqlamasını yayımlayıb.
“Prezident öz vəzifələrini yerinə yetirmək üçün kifayət qədər sağlamdır, heç bir istisna və ya güzəştə getmədən bütün vəzifələrini tam yerinə yetirir”, – deyə həkim bildirib.
Eyni zamanda o, Baydenin daha tez-tez “boğazını təmizləməyə” başladığını bəyan edib. Həkim bu əlaməti çoxdan xəstədə müşahidə etdiyini, indi isə tez-tez müşahidə olunduğunu bildirib.
“Bu simptom açıq şəkildə mövcuddur və daha ətraflı müayinə tələb edir”, – həkim deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB