Türkiyə 9 terrorçunu zərərsizləşdirdi

Türkiyə Milli Müdafiə Nazirliyindən edilən şərhdə bildirilir...
Türkiyə 9 terrorçunu zərərsizləşdirdi

İraqın şimalındakı “Pəncə kaplan” bölgəsində 3, Suriyanın şimalındakı “Sülh çeşməsi” və “Zeytun budağı” bölgəsində 6 olmaqla 9 terrorçu zərərsizləşdirilib. SİA bu barədə türk mətbuatına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyindən edilən şərhdə bildirilir: “Suriya və İraqın şimalında 9 terrorçu zərərsizləşdirilib.

Mehmetciyin nəfəsi terrorçuların peysərindədir. Üçü “Pəncə kaplan”, ikisi “Sülh çeşməsi” və dördü “Zeytun budağı” bölgələrində olmaqla 9 PKK/YPG terrorçusu zərərsizləşdirilib.”

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirmişdi ki, “PKK-nı ölkə gündəmindən çıxarmaq və bölgədə gizlənən terrorçuları zərərsizləşdirmək məqsədiylə Tuncelidə "Eren Qış-6” əməliyyatı başlanılıb.”

Tunceli Valiliyindən edilən şərhdə də belə yazılıb: “Təhlükəsizlik qüvvələrinin “Eren-7 Mərcan Munzur” əməliyyatı çərçivəsində Mazgirt və Hozat qəsəbələri çölündə terrorçulara qarşı əməliyyat təşkil edilib. Ərazidə axtarış-arama fəaliyyəti icra edən təhlükəsizlik qüvvələri tərəfindən terrorçuların istifadə etdiyi 7 sığınacaq təsbit olunaraq dağıdılıb və aparılan axtarışlarda çox sayda silah, sursat, partlayıcı maddə və gündəlik həyat ləvazimatı ələ keçirilib.”

Bütün xəbərlər Facebook səhifəmizdə