28 min əfqanıstanlı ABŞ-a müraciət edib

ABŞ Vətəndaşlıq və Köç Xidmətləri (USCİS) tərəfindən yalnız əsas insani səbəblər və ya mühüm ictimai mənfəətlə bağlı "şərtli insani azadetmə" statusu verilir
28 min əfqanıstanlı ABŞ-a müraciət edib

Təxminən 28 min əfqanıstanlı humanitar vəziyyətə görə Amerika Birləşmiş Ştatlarına müvəqqəti qəbul üçün müraciət edib. SİA bu barədə rus mətbuatına istinad edir.

ABŞ Vətəndaşlıq və Köç Xidmətləri (USCİS) tərəfindən yalnız əsas insani səbəblər və ya mühüm ictimai mənfəətlə bağlı "şərtli insani azadetmə" statusu verilir.

28 mindən çox əfqanıstanlı "Şərtli insani azadetmə" statusu üçün müraciət edib. Onların əksəriyyəti ABŞ-ın avqust ayında Əfqanıstandan geri çəkilməsi və Talibanın ölkənin idarəsini ələ keçirməsindən az sonra müraciət edənlərdir. Amma hələlik ABŞ-a müvəqqəti qəbul üçün müraciətlərdən yalnız 100-ü qəbul olunub. Onlara adam başına 575 dollar ödənilir ki, bu da əfqanıstanlılara təkcə bir neçə ay ərzində 10 milyon dollar verilməsi deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə