Kongo Demokratik Respublikasının şərqindəki Qoma şəhərində dünyanın ən aktiv vulkanlarından biri olan Nyamuraqira vulkanının yaxında fəaliyyətə keçəcəyi xəbərdarlığı edilib. SİA bu barədə türk mətbuatına istinad edir.
Qoma Vulkanologiya Rəsədxanasının (OVG) direktoru Kasereka Mahinda verdiyi məlumatda bildirib: “Daxili partlamalarını təsbit etdiyimiz Nyamuragira vulkanında maqma çox uzaq deyil, yaxında xarici partlama da gözlənilir.
Uzun müddətdir vulkanda iç partlamalar qeydə alınır. Xarici partlamaya keçincə bölgədə insanlar və ekologiya üçün fəlakətlərə yol aça bilər.”
Qeyd edək ki, Nyamuraqira vulkanı son dəfə 2021-ci ilin 23 mayında fəaliyyətə keçmiş, lavalar şəhərin içinə qədər çatmış, 32 nəfər həyatını itirmiş, minlərlə adam evsiz qalmışdı. Bundan əvvəl isə vulkan 2002-ci ildə partlamış, 250 adamın ölümünə, 120 min nəfərinsə evsiz qalmasına səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB