Tehran bu ərəfədə ABŞ-ın İran tərəfinə tətbiq etdiyi yeni sanksiyaları pisləyir. SİA-nın məlumatına görə, bunu cümə günü İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
"İran ABŞ-ın yeni sanksiyalarını uğursuz təzyiq siyasətinin davamı kimi qiymətləndirir, onları pisləyir və bu hərəkəti qanunsuz hesab edir", - deyə nazirliyin mətbuat xidməti onun sözlərini sitat gətirib. .
Cümə axşamı ABŞ İranın "Emennet Pasargad" kiber şirkəti və onun altı əməkdaşına Vaşinqtonun nöqteyi-nəzərindən 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir etmək cəhdinə görə sanksiya tətbiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB