4 əsgər yaralanıb SƏRHƏDDƏ

Dörd polşalı əsgər sərhədin Belarus hissəsində xidmət edərkən yaralanıb. SİA xəbər verir ki, bu barədə Polşa sərhəd xidmətinin nümayəndəsi Anna Mixalskaya məlumat yayıb.

"Hərbçilərin daşla vurulması nəticəsində yüngül xəsarətlər var", deyə sərhəd xidmətinin nümayəndəsi bildirib.

Qeyd edək ki, noyabrın 8-də Belarusda Yaxın Şərqdən olan iki mindən çox qaçqın Aİ-yə daxil olmaq üçün Polşa sərhədinə gəlib. Miqrantlar bir həftə səhra düşərgəsində qaldıqdan sonra, noyabrın 15-də Polşa-Belarus sərhəddindəki Bruzqi keçid məntəqəsinə gələrək orada məskunlaşıblar. Çərşənbə axşamı, noyabrın 16-da qaçqınlar Polşa ərazisinə soxulmağa cəhd ediblər. Onlar hasarı sındırıb, Polşa təhlükəsizlik qüvvələrinə daş və çubuqlar atıblar. Buna cavab olaraq Polşa sərhədçiləri insanlara qarşı gözyaşardıcı qaz, səs-küylü qumbara və su şırnaqlarından istifadə ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə