Rusiya və Çin birgə patrul xidməti həyata keçirib YAPON DƏNİZİ ÜZƏRİNDƏ

Rusiya və Çin birgə patrul xidməti həyata keçirib YAPON DƏNİZİ ÜZƏRİNDƏ

Rusiyanın Tu-95MS strateji bombardmançıları və Çinin “Honq-6K” təyyarələri Yapon və Şərqi Çin dənizlərinin sularında birgə patrul xidməti həyata keçirib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi jurnalistlərə məlumat verib.

"2021-ci il noyabrın 19-da Rusiya Aerokosmik Qüvvələri və Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri Asiya-Sakit Okean regionunda üçüncü birgə hava patrulunu həyata keçirib", deyə nazirlik bildirib.

Nazirlik qeyd edib ki, birgə missiyanın məqsədi “Rusiya-Çin münasibətlərini, hərtərəfli tərəfdaşlığı inkişaf etdirmək, iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət səviyyəsini daha da artırmaq, birgə fəaliyyət göstərmək imkanlarını artırmaq və qlobal strateji sabitliyi gücləndirməkdir.

Müdafiə Nazirliyi əlavə edib ki, tədbir 2021-ci il üçün hərbi əməkdaşlıq planının müddəalarının icrası çərçivəsində keçirilib və üçüncü ölkələrə qarşı yönəlməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə