Rusiya NATO və Aİ-nin təxribatlarına göz yummayacaq LAVROV BƏYAN ETDİ

Rusiya NATO və Aİ-nin təxribatlarına göz yummayacaq LAVROV BƏYAN ETDİ

Rusiya NATO və Aİ-nin kobud təxribatlarına, o cümlədən Ukraynada militarist əhval-ruhiyyənin təşviqinə göz yummayacaq. SİA xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz NATO üzvlərindən və getdikcə daha tez-tez olmaqla, Avropa İttifaqından hər gün gördüyümüz kobud təxribatlara, o cümlədən Ukraynada militaristlərlə yanaşı oynamaq cəhdinə, hərbi təlimlər keçirmək üçün bir növ hərbi missiyalar təşkil etmələrinə göz yummayacağıq", deyə Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Ukraynadakı bütün döyüş ritorikası və hərbi hazırlıq Qərbin heç bir prinsipial qiyməti ilə uzlaşmır. O, Moskvanın Qərblə dialoqa hazır olduğunu da vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə