Aİ-də çoxları miqrasiya böhranını həll etmək istəmir

Aİ-də çoxları miqrasiya böhranını həll etmək istəmir

Aİ-də çoxları miqrasiya böhranının və hərbi gərginlik ocaqları kimi digər ümumi təhlükələrin həllində maraqlı deyillər. SİA “Belta” xəbər agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu sözləri Belarusun xarici işlər naziri Vladimir Makey söyləyib.

"Avropa İttifaqında çoxları region və bütövlükdə dünya ictimaiyyəti üçün ümumi olan çağırışların və təhdidlərin konstruktiv həllində qətiyyən maraqlı deyillər. Bu, miqrasiya böhranına və hərbi gərginlik ocaqlarının yaradılmasına da aiddir", deyə Makey bildirib.

Bu barədə cümə günü “Belta” xəbər agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bu problemlər “açıq danışılmalı, bu və ya digər tərəfi qınamamalıdır”.
“Təəssüf ki, biz Qərb tərəfdaşlarımız tərəfindən belə açıqlıq, səmimiyyət və real maraq görmürük”, deyə nazir əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə