Almaniya kansleri Angela Merkel münasibətlərdəki “soyuqluq”a baxmayaraq, transatlantik alyansla Rusiya arasında dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. SİA xəbər verir ki, Almaniya kansleri bunu NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan əvvəl Berlində jurnalistlərlə danışarkən bəyan edib.
"Mən şəxsən həmişə NATO ilə Rusiya arasında dialoqun tərəfdarı olmuşam. Təəssüf ki, indi biz burada soyuqlaşma dövrünə daxil olmuşuq. Bizim böyük ziddiyyətlərimiz var, lakin bunu etməməkdənsə, həmişə bir-birimizlə danışmaq daha yaxşıdır. Bu, mütləq olacaq”, deyə Merkel bildirib.
Merkel həmçinin bildirib ki, baş katiblə Rusiya və Ukrayna sərhədindəki vəziyyəti, o cümlədən Belarusun Avropa İttifaqı ilə sərhədlərindəki miqrasiya böhranını müzakirə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB