Tam karantin rejimi tətbiq edilir COVID-19 SƏBƏBİLƏ

Tam karantin rejimi tətbiq edilir COVID-19 SƏBƏBİLƏ

Avstriyada koronavirusla bağlı vəziyyətə görə tam karantin rejimi tətbiq olunur. SİA xəbər verir ki, bunu Avstriya kansleri Aleksandr Şellenberq açıqlayıb.

"Bazar ertəsindən, noyabrın 22-dən maksimum 20 gün ərzində milli karantin qüvvəyə minəcək. Hər on gündən bir qiymətləndirmə aparılacaq. Dekabrın 13-dən gec olmayaraq avtomatik olaraq başa çatacaq, həmin gündən Peyvənd edilmiş və sağalanlar üçün karantin başa çatacaq", deyə Avstriya kansleri bildirib.

Almaniyada da yeni məhdudiyyətlər istisna edilmir. Almaniyanın səhiyyə naziri vəzifəsini icra edən Yens Şpan deyib ki, ölkə “heç nəyi istisna etmək mümkün olmayan bir vəziyyətdədir”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə