Ukrayna parlamenti hərbi razılaşmanı təsdiq edib...

... Türkiyə ilə
Ukrayna parlamenti hərbi razılaşmanı təsdiq edib...

Ukrayna Ali Radası Ukrayna və Türkiyə hökumətləri arasında hərbi əməkdaşlıq haqqında çərçivə sazişini təsdiq edib.

Trend-in məlumatına görə, sənəd parlamentin ötən gün keçirilən iclasında təsdiqlənib. Sənədin təsdiqlənməsini 450 deputatdan 303-ü dəstəkləyib.

Qeyd edək ki, razılaşma Ukrayna Prezidenti Volodimir Zelenskinin 2020-ci ilin oktyabrında Türkiyəyə rəsmi səfəri zamanı əldə edilib

Sənəd Ukrayna və Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişafını, o cümlədən şəxsi heyət, material, texnika, məlumat və təcrübə mübadiləsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə