Siciliyada güclü qasırğa fəsadlar törədib

Siciliyada güclü qasırğa fəsadlar törədib

İtaliyanın Siciliya adasında güclü leysan yağışları və fırtına nəticəsində evləri su basıb, maşınlar yollarda qalıb.

SİA xəbər verir ki, adanın müxtəlif yerlərində qasırğa meydana gəlib.

Mülki Müdafiə Agentliyinin məlumatına görə, qasırğa nəticəsində bir nəfər ölüb.

Modisa bölgəsinin bələdiyyə sədri bildirib ki, güclü qasırğa evlərə, fermalara və infrastruktura böyük ziyan vurub.

Bölgə sakinləri zərurət olmadıqca evləri tərk etməməyə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə