ABŞ Pekin olimpiadasını boykot edir?

ABŞ Pekin olimpiadasını boykot edir?

ABŞ Pekində 2022-ci Qış Olimpiya Oyunlarını boykot edə bilər.

Bu barədə CNBC telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Cozef Bayden Kanadanın baş naziri Castin Trüdo ilə görüşündə deyib ki, olimpiadanın boykot edilməsi nəzərdən keçirilir.

Bundan əvvəl “Washington Post” qəzeti nə Baydenin, nə də digər ABŞ administrasiyası rəsmilərinin 2022-ci il Pekin Qış Olimpiya Oyunlarına qatılmayacağını bildirib. Qəzetin yazdığına görə, Bayden Çinin Sincan, Tibet və Honq-Konqdakı fəaliyyətindən, eləcə də insan hüquqlarının pozulmasından narahatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə