"Moldovanı müstəqillik qazandığı gündən dəstəkləyirık"

Çavuşoğlu Moldova ilə əlaqələrin ortaq mədəni və tarixi bağlara əsaslandığını vurğulayıb
"Moldovanı müstəqillik qazandığı gündən dəstəkləyirık"

"Türkiyə Moldovanı müstəqillik qazandığı gündən bəri dəstəkləyir". SİA bu barədə türk mətbuatına istinad edir.

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Moldovanın paytaxtı Kişinyovda təkbətək və heyətlərarası görüşlərdən sonra Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.

Çavuşoğlu Moldova ilə əlaqələrin ortaq mədəni və tarixi bağlara əsaslandığını vurğulayıb.

Gələn il diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklərini bildirən Çavuşoğlu gələn il bir sıra birgə tədbirlər təşkil etmək barədə razılığa gəldiklərini deyib.

Nazir Çavuşoğlu Moldovanın ayrılmaz bir parçası olan Qaqauz Muxtar Yerinin Türkiyə ilə Moldova arasında əlaqələri gücləndirən dostluq körpüsü olduğunu vurğulayıb.

Yeni növ koronavirus (Covid-19) epidemiyasına baxmayaraq iki ölkə arasında ticarət həcminin artdığını qeyd edən Çavuşoğlu 1 milyard dollarlıq hədəfə hər keçən gün daha da yaxınlaşıldığını qeyd edib.

“Şirkətlərimizin Moldovada irimiqyaslı layihələr həyata keçirməsindən çox məmnunuq və türk şirkətlərini Moldovaya daha çox sərmayə qoymağa təşviq edirik”-deyə Çavuşoğlu deyib.

İki ölkə vətəndaşlarının pasportsuz şəxsiyyət vəsiqəsi ilə səyahət edə bildiyi üçün turizm sahəsində əlaqələrin ildən-ilə gücləndiyini bildirən Çavuşoğlu həm keçən il, həm də bu il moldovalı turistlərin ən çox seçim etdiyi ölkənin Türkiyə olduğunu söyləyib.

Çavuşoğlu epidemiya zamanı iki ölkə arasındakı həmrəyliyin hər kəs tərəfindən görüldüyünü də vurğulayıb:

"Bu gün biz peyvənd sertifikatlarının qarşılıqlı tanınması üçün lazımi addımları atmağa razılaşdıq. Bu gün nazir Nikuya dedim ki, Moldovaya ehtiyac olarsa, əlavə vaksinlər göndərə bilərik. Biz növbəti prosesdə bütün Moldovada inkişaf layihələrini dəstəkləməyə davam edəcəyik".

Mövlud Çavuşoğlu Moldova Parlamentinin sədri İqor Qrosu və Qaqauz Muxtar Yerinin rəhbəri İrina Vlah ilə də görüşüb.

Çavuşoğlu " bununla bağlı "Twitter" hesabında paylaşım edib.

"Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşdük. Əlaqələrimizi parlamentlər arasında da daha da inkişaf etdirəcəyik"-deyə Çavuşoğlu bildirib.

Çavuşoğlu Vlah ilə görüşü ilə bağlı paylaşımında isə bunları deyib:

Qaqauz soydaşlarımız Moldova ilə əlaqələrimizi möhkəmləndirirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə