Ötən gün SİA-nın da xəbər verdiyi kimi, Polşa Sərhəd Mühafizləri qaçqınlara təzyiqli su və bibər qazıyla müdaxilə ediblər.
Polşa Müdafiə Nazirliyi Kuznica sərhəd qapısında təhlükəsizlik qüvvələri və mühacirlər arasında çıxan gərginliklə bağlı görüntüləri paylaşaraq belə bir şərh yayıb: "Qaçqınların Kuznica sərhəd qapısına hücumu geri itələndi. Təcavüzkarlar ümumiyyətlə gənc kişilər idi".
Nazirlik hücumların Belarus qüvvələrinin nəzarəti altında edildiyini də bildirib.
Video materialda qaçqınların Polşa təhlükəsizlik qüvvələrinə daş atdığı, əks tərəfin isə ictimai hadisələrə müdaxilə vasitələriylə (TOMA) mane olduğu görünür.
Polşa Müdafiə naziri Mariuş Blaşak (Mariusz Blaszczak) sözügedən mövzu ilə bağlı deyib: “Bu hücumları dayandırdıqları üçün əsgərlərimizə təşəkkür edirəm. Sayənizdə Polşa hələ etibarlı əllərdədir. Bu gün sərhəddə vəzifəsini yerinə yetirən bütün əsgərlər mükafatlandırılacaq. Sizə minnətdarıq.
Belarus rejiminin planladığı bir təbliğat əməliyyatı ilə qarşı-qarşıyayıq. Bu vəziyyəti qiymətləndirərkən diqqətli olmanızı tövsiyə edirəm.
Böyük bir məsuliyyət altına girən əsgərlərimizə dəstək olaq".
Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula von der Leyen ictimai media hesabından etdiyi paylaşmada Litva prezidenti Qitanas Nauseda və ölkənin Baş naziri İnqrida Simonite ilə Polşa-Belarus qaçqın böhranını müzakirə etdikdən sonra yazıb: "Belarusa sanksiyalar və sonrakı addımlarla bağlı mövcud vəziyyətdən danışdıq. Avropa İttifaqı sərhəd rəhbərliyi əlavə dəstək təqdim edib. Üzv dövlətlərin yanındayıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB