Yunanıstanda yenidən tətillərə start verilib

Yunanıstanda yenidən tətillərə start verilib

Yunanıstanda metro, yüngül metro və tramvay işçiləri noyabrın 16-da həmkarının iş qəzasında ölməsinə etiraz olaraq 24 saatlıq tətil elan ediblər.

SİA-nın Yunanıstan Dövlət Agentliyi AMNA-ya istinad etdiyi xəbərinə görə Dəmiryol Sistemi işçiləri həmkarlar ittifaqlarının birgə bəyanatında 24 saatlıq tətil elan edilib. Həmkarlar ittifaqlarının birgə açıqlamasında qeyd edilib ki, işçilər iş qəzalarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin artırılmasını tələb ediblər. Həmkarının həyatını itirməsinə səbəb olan qəzanın araşdırılmasını günahkarların cəzalandırılmasını istəyirlər.

Xatırladaq ki, Noyabrın 16-da baş vermiş qəzada relslərə qulluq edən şəxsi avtomobil əyləcindəki nasazlıq nəticəsində sərnişin daşımayan yüngül metro ilə toqquşub, nəticədə 41 yaşlı işçi ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə