Polşa miqrasiya böhranı ilə əlaqədar Belarusa ultimatum verib. SİA xəbər verir ki, bu barədə Polşanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Polşanın daxili işlər naziri Mariuş Kaminski Sərhəd Mühafizəsinin baş komendantına Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin sədri general Anatoli Lappoya Kuznitsa sərhəd-keçid məntəqəsinin yaxınlığında vəziyyəti sabitləşdirməyə çağıran məktubla müraciət etməyi tapşırıb”, deyə məlumatda qeyd olunur.
Nazirlik əlavə edib ki, bu müraciətə cavab verilmədiyi təqdirdə Polşa tərəfi orada yerləşən dəmir yolu keçid məntəqəsini bağlayacaq.
Qeyd edək ki, yayda Belarusun Polşa və Baltikyanı ölkələrlə sərhədində Yaxın Şərq və Afrikadan Qərbi Avropaya nüfuz etməyə çalışan qaçqınların axını artıb. Noyabrın 8-də iki mindən çox insanın baryerlərə toplaşması ilə vəziyyət gərginləşib.
Xatırladaq ki, bazar ertəsi 3,5 minə yaxın insan düşərgədən keçid məntəqəsinə keçərək “düz sərhəd xəttində” məskunlaşıb. Ertəsi gün Polşa təhlükəsizlik qüvvələri ilə toqquşmalar başlayıb. Miqrantlar onlara daş və çubuqlar atıb və onlar da gözyaşardıcı qaz, səs qumbarası və su şırnaqları ilə cavab veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB