Təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi

Türkiyə və ABŞ hərbçiləri Vaşinqtonda danışıqlar aparıblar
Təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi

Vaşinqtonda Türkiyə-ABŞ Yüksək Səviyyəli Müdafiə Qrupunun toplantısı baş tutub. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti iki ölkənin müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşünün konstruktiv və müsbət keçdiyini bildirib. Qeyd edilir ki, görüşdə ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Növbəti görüş Türkiyədə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə