Pedro Sançes Türkiyəyə rəsmi səfərə gəlir

Pedro Sançes Türkiyəyə rəsmi səfərə gəlir

İspaniyanın Baş naziri Pedro Sançes Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Səfər çərçivəsində Türkiyə-İspaniya 7-ci Hökumətlərarası Zirvə toplantısı paytaxt Ankarada Prezident Ərdoğan və baş nazir Sançesin sədrliyi ilə keçiriləcək.

Müvafiq nazirlərin iştirakı ilə keçiriləcək Zirvə Toplantısında Türkiyə ilə İspaniya arasındakı əlaqələr bütün aspektləri ilə dəyərləndiriləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə NATO, Türkiyə-Aİ münasibətləri, regional və beynəlxalq məsələlər, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə