Kanada əyalətində fövqəladə vəziyyət

Kanada əyalətində fövqəladə vəziyyət

Leysan yağışların yaratdığı fəsadları aradan qaldırmaq üçün Kanadanın Britaniya Kolumbiyası əyalətində fövqəladə vəziyyət elan edilib.

SİA-nın xəbərinə görə, təbii fəlakət zonasına çox sayda hərbçi və ağır texnika cəlb olunub.

Artıq 7 mindən çox sakin daha təhlükəsiz ərazilərə köçürülüb. Ərazidə dəmir yolu və hava əlaqəsi kəsilib. Torpaq sürüşməsi nəticəsində 1 nəfər həlak olub, 3 nəfər itkin düşüb. ölənlərin sayının artacağı istisna olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə